2018-04-08

AZƏRBAYCAN RESPUBLİKASI PREZIDENTİ SEÇKİLƏRİ

Azərbaycan Respublikası Prezidentinin 5 fevral 2018-ci il tarixli Sərəncamına uyğun olaraq növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri 2018-ci il aprelin 11-nə  təyin edilmişdir.
Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyi Gürcüstan ərazisində yaşayan və ya müvəqqəti olan Azərbaycan Respublikası vətəndaşlarını seçkilərdə iştirak etməyə dəvət edir.
Səsvermə Səfirliyin binasında 2018-ci il aprelin 11-də saat 8:00-dən 19:00-dək keçiriləcəkdir.
Seçkidə iştirak etmək üçün Azərbaycan Respublikası vətəndaşının etibarlı pasportunu özünüzlə götürməyiniz zəruridir.
Ünvan: Tbilisi şəhəri, Qorqasali küçəsi 4, 0114

Arxiv üzrə axtarış