Dövlət rüsumu

Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqları tərəfindən aparılan notariat hərəkətlərinə görə qanunvericiliklər müəyyən edilmiş miqdarda dövlət rüsumu tutulur.

Notariat hərəkətlərinin aparılmasına görə dövlət rüsumu dövlət büdcəsinə köçürülür.
Konsul iş yerindən kənarda notariat hərəkətlərini aparmaq üçün getdikdə faktiki nəqliyyat xərcləri maraqlı şəxs (notariat hərəkətinin aparılması üçün müraciət etmiş şəxs) tərəfindən ödənilməlidir. 
Azərbaycan Respublikasının “Dövlət rüsumu haqqında” Qanununa əsasən, notariat hərəkətlərinin aparılmasına görə tutulan dövlət rüsumunun dərəcələri aşağıdakı kimidir.

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının 2001-ci il tarixli Qanununun 17.4.-cü maddəsinə əsasən, əlavə olaraq, vərəsələr və miras qoyanlar daşınmaz vərəsəlik əmlakının mühafizəsi üçün, otaq icarəsi, mühafizəsi, nəqliyyat, ezamiyyət, poçt, dəftərxana və sair faktiki xərcləri ödəyirlər.
Sənədlərin saxlanılması və qəbulu zamanı ehtimal olunan saxlama müddətinə görə dövlət rüsumu əvvəlcədən ödənilir və tamamlanmamış ay tamamlanmış ay kimi nəzərə alınır.

 

Dövlət rüsumunun ödənilməsindən azadolmalar

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının 2001-ci il tarixli Qanununun 11.1. və 17.1.-ci maddələrinə əsasən, Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqlarında notariat hərəkətlərinin aparılmasına görə aşağıdakı hallarda dövlət rüsumu tutulmur: 

- doğumu, ölümü, övladlığa götürülməni və atalığı (analığı) təsdiqləyən sənədləri almaq üçün;
- pensiya, müavinət, yardım və alimentin alınması üçün verilən etibarnamələr üzrə;
- Azərbaycan Respublikasının xeyrinə əmlakın bağışlanmasına dair müqavilələrin və vəsiyyətnamələrin təsdiq edilməsi üçün; 
- Azərbaycan Respublikasının gəmi, hava və digər nəqliyyat vasitələrinin heyət üzvlərinin, habelə vətəndaşlarının ölümündən sonra qalmış əmlakının mühafizəsi üçün.