Dövlət rüsumu və inzibati cərimə

Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin rəsmiləşdirilməsi üçün müraciət edən şəxs tərəfindən müvafiq dövlət rüsumunun ödənilməsi məsələsi “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

“Dövlət rüsumu haqqında”  Azərbaycan Respublikasının Qanununun 16.1.2-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və ya konsulluğu tərəfindən Azərbaycan Respublikası vətəndaşlarına və ya Azərbaycan Respublikasında qanuni əsaslarla daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə ölkəyə qayıtmaq üçün pasportu əvəz edən Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsi üçün: 

– 10 ABŞ dollar məbləğində dövlət rüsumu ödənilməlidir.

Ödənilmə ünvanı

Xarici ölkələrdə - Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqları tərəfindən təqdim edilən müvafiq hesab nömrəsi.

Hesab nömrələri və bank rekvizitləri barədə məlumatlar Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqlarının internet saytlarında yerləşdirilir.

Dövlət rüsumunun ödənilməsindən azadolmalar

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının 2001-ci il tarixli Qanununun 17.7.-ci maddəsinə əsasən, aşağıdakı kateqoriyalar üzrə Azərbaycan Respublikasının vətəndaşlarına qayıdış şəhadətnaməsinin verilməsinə görə dövlət rüsumu tutulmur: 

       - xarici ölkələrdə dövlət xətti ilə təhsil alanlar (müvafiq təsdiqedici sənəd təqdim edildikdə), 
       - pedaqoji fəaliyyət göstərənlər, 
       - xarici ölkələrin cəzaçəkmə müəssisələrindən azadlığa buraxılanlar;
       - xarici ölkələrdən deportasiya, readmissiya, ekstradisiya edilənlər, insan alverinə qurban olanlar, yaxud 18 yaşına çatmayanlar.

Birinci haldan başqa digər hallarda xarici ölkədə ümumvətəndaş pasportunu itirmiş və ya həmin pasportu oğurlanmış Azərbaycan Respublikasının vətəndaşı bu barədə xarici ölkənin müvafiq polis orqanı tərəfindən verilmiş təsdiqedici sənəd təqdim etməlidirlər.

Arxiv üzrə axtarış