eVisa

ASAN Viza (e-Visa) - https://www.evisa.gov.az/az/

“ASAN Viza” Elektron Viza Portalı vasitəsilə 3 (üç) iş günü müddətində elektron vizanın onlayn şəkildə rəsmiləşdirilməsi mümkündür. Həmçinin qeyri-iş günlərindən asılı olmayaraq 3 saat ərzində sürətləndirilmiş e-vizanın rəsmiləşdirilməsi mümkündür.

“ASAN Viza” sistemi vasitəsilə əcnəbilər Azərbaycan Respublikasında qalma müddətini 30 (otuz) günədək müəyyən edən birdəfəlik elektron vizanı onlayn formatda əldə edə bilərlər. Ətraflı məlumat üçün: https://www.evisa.gov.az/az/information

E-Viza verilən ölkələrin siyahısı: https://evisa.gov.az/az/countries

Elektron vizanın rəsmiləşdirilməsi üçün https://www.evisa.gov.az internet ünvanı vasitəsilə birbaşa müraciət olunmalıdır. Elektron vizanın alınması üçün zəruri olan məlumatlar müraciətçilər tərəfindən birbaşa “ASAN Viza” sisteminə onlayn şəkildə daxil edilir və vizanın rəsmiləşdirilməsinə görə dövlət rüsumu sistem vasitəsilə elektron qaydada ödənilir. Elektron viza müraciət etmiş şəxsin elektron poçt ünvanına (e-mail) göndərilir.

“ASAN Viza” sistemi ilə əlaqədar yaranmış suallar (və ya yarana bilən hər hansı texniki problemilə bağlı birbaşa portalın operatoru funksiyasını həyata keçirən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə müraciət etməyiniz xahiş olunur: https://evisa.gov.az/az/contact

Arxiv üzrə axtarış