2022-06-06

Azərbaycan Respublikasının Gürcüstandakı Fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının Cənubi Qafqaz ölkələri üzrə Klaster Nümayəndəliyinin rəhbəri Davron Muhəmədiyevi qəbul edib

6 iyun 2022-ci il tarixində qarşı tərəfin xahişinə əsasən, Azərbaycan Respublikasının Gürcüstandakı Fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının (IFRC) Cənubi Qafqaz ölkələri üzrə Klaster Nümayəndəliyinin rəhbəri Davron Muhəmədiyevi qəbul edib.
Azərbaycan Səfirliyində qonağı səmimi qəlbdən salamlayan Səfir F.Quliyev əslən Tacikistandan olan bu beynəlxalq təşkilatının məsul nümayəndəsinə Gürcüstanda və ümumiyyətlə bölgədə yerinə yetirdiyi missiyada uğurlar diləyib. O, Azərbaycan – Gürcüstan strateji tərəfdaşlığının hər iki xalqın rifahına xidmət etdiyini və bütün Cənubi Qafqaz bölgəsində dayanıqlı inkişafı təmin edən əsas təkanverici amil olduğu barədə ətraflı məlumat verib. Gürcüstanın sabitliyi və dayanıqlı inkişafının Azərbaycan maraqlarına tam cavab verdiyini söyləyən Səfir F.Quliyev Cənubi Qafqaz bölgəsinin tərəqqisinə xidmət edən Azərbaycan – Gürcüstan strateji tərəfdaşlığı barədə qonağa dolğun məlumat təqdim edib.
Dr. D.Muhəmədiyev Azərbaycan Səfirliyində qəbul olunmasına görə minnətdarlıq ifadə edib və ölkəmizə qarşı səmimi rəğbətin bəslədiyini söyləyib. Söhbət əsnasında o, başçılıq etdiyi missiyanın fəaliyyətinin prioritet istiqamətlərindən bəhs edib. IFRC Klaster Nümayəndəliyinin rəhbəri Azərbaycanın Qızıl Aypara Cəmiyyəti ilə təşəkkül tapmış uğurlu əməkdaşlığı təqdir edərək, Tbilisidə regional ofisin başçısı qismində görəcəyi işlər çərçivəsində də bu əməkdaşlığın yeni bəhrələr gətirəcəyinə dair əminliyi bildirib.
Səfir F.Quliyev gələcək əməkdaşlığa dair konkret layihələr üzrə fikir mübadiləsinin aparmasına və əlaqələndirilmiş addımların atılmasına hazır olduğunu qeyd edib və qonağa onun məsuliyyətli vəzifələrinin yerinə yetirilməsində bir daha müvəffəqiyyət arzulayib.

Arxiv üzrə axtarış