2022-05-10

Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi Gürcüstanda anılır

10 may 2022-ci il tarixində Azərbaycan Respublikasının Gürcüstandakı Fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev başda olmaqla Səfirliyin kollektivi, eləcə də Gürcüstanda fəaliyyət göstərən SOCAR və digər Azərbaycan şirkətlərinin təmsilçiləri, tanınmış icma nümayəndələri Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar Tbilisi şəhərinin tarixi mərkəzində və Kvemo Kartli diyarının inzibati mərkəzi olan Rustavi şəhərində ucaldılan Ulu öndərin heykəlləri ziyarət edərək, tər-çiçəkləri düzmüş, xatirəsini ehtiramla yad etmişdirlər.

Arxiv üzrə axtarış