2022-03-03

Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyi və Batumi şəhərindəki Baş Konsulluğunun Ukraynadan təxliyə olunan və Gürcüstan ərazisindən Azərbaycana qayıtmaq istəyən vətəndaşlarımıza müraciəti

Ukraynadan təxliyə olunan, Gürcüstan ərazisindən hava və quru yolları ilə keçməklə Azərbaycana səfər edən vətəndaşlarımızın bu barədə Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyini və Batumi şəhərindəki Baş Konsulluğunu məlumatlandırmasını xahiş edirik.

Vətəndaşlarımızın diqqətinə çatdırırıq ki, həftə ərzində hər gün Varşava-Tbilisi, həmçinin həftənin 2,3 və 6-cı günlər Varşava-Kutaisi, eləcə də həftənin 4 və 6-cı günləri Qdansk-Kutaisi istiqamətlərində Polşadan Gürcüstana birbaşa aviareyslər həyata keçirilir.

Xüsusilə qeyd etmək istərdik ki, vətəndaşlarımız və onların ailə üzvlərinin səfərləri barədə Səfirliyə və ya Baş konsulluğa mütləq şəkildə qabaqlayıcı məlumat verəcəkləri təqdirdə, aşağıda qeyd olunan dəstəyin göstərilməsi nəzərdə tutulur: 

 

  1. Səfirlik və Baş Konsulluq tərəfindən vətəndaşlarımızın hava limanlarından qarşılanıb, Gürcüstanla Azərbaycan arasındakı “Sınıq Körpü” sərhəd-keçid məntəqəsinə aparılması;
  2. Səfirlik və Baş Konsulluq tərəfindən vətəndaşlarımızın Gürcüstan-Türkiyə “Sarpi” sərhəd keçid məntəqəsindən qarşılanıb, Gürcüstanla Azərbaycan arasındakı “Sınıq Körpü” sərhəd-keçid məntəqəsinə aparılması.

 Vətəndaşlarımız aşağıda qeyd olunan nömrələrlə əlaqə saxlaya bilərlər.

 Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyi (Tbilisi şəhəri):

İş nömrəsi: +995 32 224 30 04

WhatsApp nömrələri: +995 511 14 00 01; +995 577 35 29 99

Mobil Qaynar xətt nömrəsi: +995 577 00 00 38

Elektron poçt ünvanı: tbilisi@mission.mfa.gov.az

 

Azərbaycan Respublikasının Gürcüstandakı Baş Konsulluğu (Batumi şəhəri):

Telefon nömrəsi: +995 42 227 16 44

WhatsApp nömrəsi: +995 555 47 55 33 

Elektron poçt: batumi@mission.mfa.gov.az

Arxiv üzrə axtarış