2022-02-15

Səfir Faiq Quliyev ilə Gürcüstanın Qafqaz Universitetinin rektoru Kaxa Şenqeliya arasında görüş keçirmişdir

​2022-ci ilin fevral ayının 15-də Səfir Faiq Quliyev ilə Gürcüstanın Qafqaz Universitetinin rektoru Kaxa Şenqeliya arasında görüş keçirilmişdir. 

​Görüşün əvvəlində səfiri salamlayan rektor, Qafqaz Universitetində Azərbaycan səfirini görməkdən məmnunluq duyduğunu, strateji tərəfdaş olan ölkələr arasındakı əməkdaşlıq əlaqələrinin bütün sahələrdə olduğu kimi təhsil sahəsində də yüksələn templə inkişaf etdiyini bildirmişdir. 

​Görüşdə, həmçinin ADA Universiteti ilə Qafqaz Universiteti arasında əməkdaşlıq əlaqələrinin inkişafı istiqamətində işlərin davam etdirilməsi barədə fikir mübadiləsi aparılmış, rektorların qarşılıqlı səfərlərinin həyata keçirilməsinin əhəmiyyətindən söz açılmışdır.

​Rektor ADA Universiteti ilə yanaşı, Azərbaycanın daha bir neçə ali təhsil ocaqları ilə sıx əməkdaşlıq münasibətlərinin olduğunu bildirmişdir.

​Səfir Qafqaz Universiteti ilə ADA Universiteti arasında əməkdaşlıq əlaqələrinin inkişafından məmnuniyyətini ifadə etmiş, Qafqaz Universitetinin Gürcüstanın ali təhsil müəssisələri arasında ADA Universiteti ilə əməkdaşlıq haqqında Anlaşma Memorandumu  imzalayan ilk təhsil müəssisəsi olduğunu vurğulamışdır.

​​Səfir K.Şenqeliyanın ölkəmizlə əlaqələrə verdiyi böyük önəm və dəstəyə görə təşəkkür etmiş, Qafqaz Universiteti ilə Səfirlik arasında əlaqələrin bundan sonra da inkişaf edəcəyini bildirmişdir.

​Daha sonra K.Çenqeliya Səfiri Universitetdə keçirilən tədris otaqları ilə tanış etmişdir.

Arxiv üzrə axtarış