2021-10-20

Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyində sədr Zaza Vaşakmadze tərəfindən Azərbaycan Respublikasının Gürcüstandakı səfiri Faiq Quliyev ilə görüş keçirilib

Görüşdə Agentliyin rəhbəri cari ilin avqust ayında Azərbaycan Respublikasına ilk rəsmi səfərini yüksək qiymətləndirib, orada keçirdiyi çoxsaylı rəsmi görüşlərinin dini sahədə aparılan siyasət və vəziyyətlə yerində tanış olmaq baxımından maraqlı təcrübə olduğunu qeyd edib. Azərbaycana səfəri müddətində Qax rayonunda yerli sakinlərlə görüşlərini xatırlayan Z.Vaşakmadze gürcü milli azlığına yaradılmış şəraitdən məmnun olduğunu vurğulayıb.

Səfir F.Quliyev öz növbəsində qeyd edib ki, Gürcüstan nümayəndə heyətinin Azərbaycana səfəri iki qonşu və dost ölkə arasında strateji əməkdaşlığın daha bir təsdiqidir.

Həmçinin, görüşdə iştirak edən Gürcüstan Pravoslav Kilsəsinin Xornabuci və Hereti yeparxiyasının yepiskopu Dimitri Kapanadze və Azərbaycanın Qax rayonunda “Müqəddəs Georgi”, “Müqəddəs Nino” və “Müqəddəs Samebo” kilsələrinə rəhbərlik edən keşiş Petre Xumaraşvili Azərbaycanda gürcü pravoslavlara yaradılmış şəraitə görə minnətdarlıqlarını bildiriblər.
Eyni zamanda, görüşdə dini sahədə ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib.

Arxiv üzrə axtarış