2021-10-17

Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin Bərpası Gününün 30 illiyi ilə əlaqədar olaraq Ulu Öndər Heydər Əliyevin adını daşıyan Gürcüstanın paytaxtı Tbilisi şəhərindəki parkdan Rustavi şəhərindəki parkadək Marafon qaçışı keçirilmişdir.

Marafon Azərbaycanın Gürcüstandakı səfirliyi, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstandakı nümayəndəliyi, Azərbaycanlı İş Adamları Assosiasiyası (AZEBI) və Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilib.

Yarışa 300-ə yaxın iştirakçı qatılıb. Rustavi şəhərindəki Heydər Əliyev adına parkın yaxınlığındakı finiş xəttini keçən kişi və qadın kateqoriyası üzrə ilk üç yeri tutacaq marafonçular medal, diplom və müxtəlif hədiyyələrlə, həmçinin finişə çatan digər yarış iştirakçıları da sertifikatlarla təltif olundu.

Səkkiz ölkədən olan vətəndaşların, onların arasında Bakı Marafon Klubunun 7 üzvü, qatıldığı marafonda kişi və qadın katerqoriyalarında ilk üç yeri tutan iştirakçılara pul mükafatı və kuboklar təqdim olundu. Finişə çatan marafonun hər bir iştirakçısı sertifikatlarla təltif edildi. Marafonun ən yaşlı qadın və kişi iştirakçısına da hədiyyələr verildi.

Tədbirdə çıxış edən Azərbaycanın Gürcüstandakı Səfiri Faiq Quliyev marafonçulara yarışa qatıldıqlarını görə təşəkkür edib. O, hər bir iştirakçının qalib olduğunu vurğuladı.

Səfir qeyd etdi kı, dövlət bayramına həsr olunan konsert proqramı planlaşdırılsa da, oktyabrın 8-də Batumidə baş vermiş faciə və Gəncə şəhərində bir il öncə törədilmiş erməni terrorunun qurbanlarının xatirəsinə ehtiram olaraq ləğv edilmişdir.

Mərasim çərçivəsində parkda Azərbaycan mədəniyyətinə xas nümunələr sərgilən, milli mətbəx təamları hazırlanıb, əyləncəli idman yarışları təşkil olunmuşdur.

Tədbirdə Gürcüstanın xarici işlər nazirinin müavini Laşa Darsaliya, Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan və digər rəsmi şəxslər iştirak etmişdir.

Arxiv üzrə axtarış