2021-06-04

Azərbaycan Respublikasının Gürcüstandakı səfiri Faiq Quliyev tərəfindən səfirlikdə Gürcüstan Patriarxlığının nümayəndələri ilə görüş keçirilmişdir

Azərbaycan Respublikasının Gürcüstandakı səfiri Faiq Quliyev tərəfindən səfirlikdə Gürcüstan Patriarxlığının nümayəndələri Bütün Gürcüstan Katalikos-Patriarxının xorepiskopu, mitropolit Teodor, Patriarxlığın Xarici əlaqələr şöbəsinin rəhbəri, mitropolit Gerasim və Tbilisi Ruhani Akademiyasının rektoru, protopresviter Georgi ilə görüş keçirilmişdir. Görüşdə Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstan üzrə nümayəndəsi Hacı Əli Əliyev də iştirak etmişdir. Görüş zamanı Gürcüstan Patriarxlığının nümayəndə heyətinin bu yaxınlarda Azərbaycana gözlənilən səfəri ilə bağlı məsələlər müzakirə edilmişdir. Həmçinin, söhbət əsnasında xalqlarımız arasında tarixən formalaşmış mehriban qonşuluq, qardaşlıq münasibətləri xüsusi vurğulanmış, Gürcüstan Patriarxlığının nümayəndə heyətinin Azərbaycana planlaşdırılan səfərinin bu münasibətlərin yüksək səviyyəsinin bariz nümunəsi olması qeyd edilmişdir.

Arxiv üzrə axtarış