2021-05-10

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, səfirliyin əməkdaşları, Gürcüstandakı azərbaycanlı iş adamları və ictimaiyyət nümayəndələri Tbilisidə Ulu Öndərin adını daşıyan parkdakı büstünü ziyarət etmiş, abidə üstünə gül dəstələri qoymuşlar.

Səfir və digər rəsmi şəxslər daha sonra Rustavi şəhərində yerləşən Ümummilli Lider Heydər Əliyev adına parka gələrək, büstün önünə gül dəstələri düzmüşlər.

Azərbaycan-Gürcüstan dostluğunun inkişafında müstəsna xidmətləri olan Ulu Öndər Heydər Əliyevin Tbilisidə, Kür çayının sahilindəki abidə-kompleksi də Səfir Faiq Quliyev tərəfindən ziyarət olunmuşdur.

Arxiv üzrə axtarış