2021-03-31

2021-ci ilin mart ayının 31-də Səfir Faiq Quliyev ilə Gürcüstanın İşğal Olunmuş Ərazilərdən Məcburi Köçkün Düşənlərlə İş, Əmək, Səhiyyə və Sosial Müdafiə naziri Ekaterine Tikaradze arasında görüş keçirilmişdir.

Görüşün əvvəlində Səfiri salamlayan Ekaterine Tikaradze, Gürcüstanın strateji tərəfdaşı olan Azərbaycan dövlətinin səfirini Nazirlikdə görməkdən məmnunluq duyduğunu, ölkələrimiz arasında əməkdaşlıq əlaqələrinin inkişafı üçün daim lazımi dəstəyi göstərməyə hazır olduğunu bildirmişdir.

​Səfir Faiq Quliyev E.Tikaradzeni Gürcüstanın İşğal Olunmuş Ərazilərdən Məcburi Köçkün Düşənlərlə İş, Əmək, Səhiyyə və Sosial Müdafiə naziri vəzifəsinə yenidən təyin olunması ilə əlaqədar olaraq təbrik etmiş və isti qarşılanmağa görə təşəkkürünü bildirmişdir.

​Görüşdə Azərbaycan Respublikası ilə Gürcüstan arasında İşğal Olunmuş Ərazilərdən Məcburi Köçkün Düşənlərlə İş, Əmək, Səhiyyə və Sosial Müdafiə Nazirliyinin məsul olduğu sahələr üzrə Azərbaycan Respublikasının aidiyyəti qurumları arasında əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi üçün gündəlikdə olan məsələlər müzakirə olunmuşdur.

​Görüşdə, həmçinin koronavirus (COVID-19) infeksiyasının qarşısının alınması ilə bağlı hər iki ölkədə aparılan qabaqlayıcı tədbirlər, o cümlədən əhalinin vaksinasiyası ilə bağlı fikir mübasiləsi aparılmışdır.

Görüşdə, o cümlədən Azərbaycan Respublikası ilə Gürcüstan arasındakı strateji tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinin daha da inkişaf etdirilməsi üçün qarşılıqlı səfərlərin böyük əhəmiyyət kəsb etdiyi vurğulanmışdır.

​Görüşdə gündəlikdə olan məsələlərin icrası ilə bağlı görüşlərin bundan sonra daha sıx keçirilməsi barədə razılıq əldə olunmuşdur.

Arxiv üzrə axtarış