2020-10-02

Azərbaycan Respublikasının Gürcüstandakı Fövqəladə və Səlahiyyətli Səfiri cənab Faiq Quliyev etimadnaməsini Gürcüstan Prezidenti xanım Salome Zurabişviliyə təqdim etmişdir.

Gürcüstanın Prezidenti Salome Zurabişvili Azərbaycanın bu ölkəyə yeni təyin olunmuş səfiri Faiq Quliyevi qəbul edib.

 

Orbeliani sarayında keçirilən rəsmi mərasimdən sonra S.Zurabişvili və F.Quliyev arasında görüş olub.

Görüşdə Azərbaycan ilə Gürcüstan arasında strateji əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb, ikitərəfli əlaqələrin daha genişləndirilməsinin vacibliyi vurğulanıb.

Söhbət zamanı bölgədə sülhün və sabitliyin əhəmiyyəti qeyd olunub.

Prezident Salome Zurabişvili səfir Faiq Quliyevə yeni fəaliyyətində uğurlar arzulayıb.

 

Credentials

Arxiv üzrə axtarış