2019-12-22

No:411/19, Tiflisdə Azərbaycan, Gürcüstan və Türkiyə Xarici İşlər nazirlərinin səkkizinci üçtərəfli görüşü çərçivəsində nazir Elmar Məmmədyarov ilə Gürcüstanın Xarici İşlər naziri David Zalkaliani arasında ikitərəfli görüş keçirilib

Görüş əsnasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinə aid məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı.

Görüşdə Xarici İşlər nazirləri, eyni zamanda regionda baş verən mühüm məsələləri müzakirə ediblər. 

İki ölkə arasında Hökümətlərarası İqtisadi Komisiyanın növbəti iclasının keçirilməsinin əhəmiyyəti vurğlandı.

Görüşdə, eləcə də üçtərəfli əməkdaşlıq məsələləri, hər üç ölkənin iştirakı ilə ticarət, iqtisadiyyat, nəqliyyat və enerji sahələrində əməkdaşlıq məsələləri müzakirə movzusu oldu.

Enerji sahəsində əməkdaşlıq məsələlərindən bəhs edilərək Cənubi Qaz Dəhlizinin tikintisinin başa çatması və genişləndirilməsinin perspektivləri ətrafında müzakirələr aparıldı. O, cümlədən, TANAP layihəsinin başa çatmasının əhəmiyyəti qeyd edildi.

Üçtərəfli formatda Azərbaycan, Gürcüstan və Türkiyə arasında keçirilən görüşün regional əməkdaşlığa, sabitliyə və tərəqqiyə töhfə verdiyi xüsusilə vurğulandı. 

Görüşdə Nazirlər, həmçinin son regional və qlobal hadisələr üzrə fikir münadiləsi apardılar.

Arxiv üzrə axtarış