2019-10-14

Tbilisidə GUAM üzv ölkələrinin konsul xidmətləri rəhbərlərinin görüşü keçirilmişdir.

10 oktyabr 2019-cu il tarixlərində Tbilisidə GUAM üzv ölkələrinin konsul xidmətləri rəhbərlərinin görüşü keçirilmişdir.   

Görüşdə tərəflər arasında konsulluq sahəsində texnoloji innovasiyalar, konsulluq xidmətlərinin xüsusi online platforma vasitəsi ilə təminatı və digər məsələlər müzakirə olunmuşdur. Bundan əlavə, görüşdə tərəflər GUAM üzv ölkələrində işğal edilmiş ərazilərə xarici ölkə vətəndaşlarının qanunsuz səfərlərinin qarşısının alınması ilə bağlı görülmüş tədbirlər barədə məlumat vermiş və miqrasiya sahəsində üzv ölkələr arasında əməkdaşlığın inkişaf etdirilməsini nəzərdən keçirmişlər. Tərəflər 07 iyun 2001-ci il tarixində qəbul edilmiş Konsulluq məsələləri ilə bağlı Qarşılıqlı Yardım haqqında GUAM konvensiyasına dəyişikliklər barədə Protokol layihəsini də müzakirə etmişlər.

Həmçinin 11 oktyabr 2019-cu il tarixində Tbilisi şəhərində Azərbaycan və Gürcüstanın Xarici İşlər nazirlikləri arasında konsulluq məsləhətləşmələri keçirilmişdir.

Arxiv üzrə axtarış