2016-09-20

Azərbaycanda 26 Sentyabr 2016-cı il tarixində ümummilli səsvermə (referendum) keçiriləcək.

Azərbaycan Respublikasının Konstitusiyasına və Seçki Məcəlləsinə uyğun olaraq, xaricdə daimi və ya müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşlarının iştirakı və seçki hüquqlarını təmin etmək məqsədilə,  Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyində (ünvan: Tbilisi şəhəri, Qorqasali 4), eləcə də Batumidə Azərbaycanın Baş Konsulluğunda (ünvan: Parnavaz Mepe küç. 62) seçki məntəqələri yaradılmışdır. Yuxarıda qeyd olunan seçki məntəqəsində səsvermə sentyabrın 26-sı saat 08.00-dan 19.00-dək keçiriləcəkdir. Müəyyən edilmiş vaxt ərzində, Azərbaycan Respublikası vətəndaşlarını səsvermədə iştirak etməyə dəvət edirik.

Arxiv üzrə axtarış