2019-01-17
"Gürcüstanın bir sıra bölgələrində Qanlı Yanvar faciəsinə həsr olunmuş anım mərasimi keçirilmişdir

14-16 yanvar 2019-cu il tarixində soydaşlarımızın yaşadığı Gürcüstanın Laqodexi, Bolnisi və Dmanisi rayonlarında 20 yanvar faciəsinin 29-cu ildönümü ilə bağlı tədbirlər keçirilmişdir. Tədbirlərdə Azərbaycan Respublikasının Gürcüstandakı səfiri, səfirliyin əməkdaşları, sözügedən rayon rəhbərliyinin nümayəndələri, soydaşlarımız, ziyalılar iştirak etmişdir."

növbəti xəbər əvvəlki xəbər