2018-12-12
Tbilisidə Azərbaycanın ümummilli lideri Heydər Əliyevə həsr edilmiş kitabın təqdimatı keçirilmişdir.

12 dekabr 2018-ci ildə Gürcüstan Milli Elmlər Akademiyasında rus tədqiqatçısı Nikolay Zenkoviçin “Heydər Əliyev. Tale yolları” kitabının gürcü dilində təqdimatı keçirilmişdir. Tədbirdə Azərbaycan Respublikasının Gürcüstandakı Səfiri cənab Dursun Həsənov, Akademiyanın prezidenti, akademik Giorgi Kvesitadze, vitse-prezident, akademik Roin Metreveli, Azərbaycan Respublikası Milli Məclisin üzvləri Əflatun Amaşov və Rasim Musabəyov, Türkiyənin Gürcüstandakı səfiri xanım Fatma Yazqan, diplomatlar, elm və ictimaiyyət xadimləri, KİV nümayəndələri, tələbələr iştirak etmişdir. Tədbir zamanı məruzəçilər Heydər Əliyevin siyasi, ictimai fəaliyyəti və Azərbaycan-Gürcüstan əlaqələrinin, eləcə də digər dövlətlərlə münasibətlərin möhkəmləndirilməsində rolu barədə söhbət açmışlar.

növbəti xəbər əvvəlki xəbər