2017-03-25
Baramidze: "Azərbaycan və Gürcüstanın işğal olunan torpaqları geri qaytarılmalıdır"

"Xocalı faciəsi Gürcüstan üçün olduqca əhəmiyyətlidir. Biz münaqişələrin həllini müzakirə edərkən görürük ki, tolerantlıq pozulub. Biz bir-birimizə əlimizi uzatmalıyıq. Biz sülh istəyirik, lakin Qafqaz barıt çəlləyidir". APA-nın Gürcüstan bürosunun məlumatına görə, bunu İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Qafqazşünaslıq İnstitutunun direktoru, xanım professor Tsira Baramidze bildirib. 

Onun sözlərinə görə, Gürcüstan da münaqişələrin həllinə çalışır: "Biz artıq problemlərin başlanğıcı və həllinin bizi hara apardığını dərk etməliyik. Biz sülh platforması yarada bilərikmi? Yoxsa, gələcək nəsilləri də bu qanlı hadisələrə cəlb etməliyik?" - deyə professor bildirib.

T. Baramidze müharibənin heç kimə, heç bir ölkəyə və xalqa sülh və əmin-amanlıq gətirmədiyini deyib: "Münaqişələr yalnız sülh yolu ilə həll olunmalıdır. Biz elə etməliyik ki, Cənubi Qafqazda münaqişələr səngisin. İndi vətəndaş cəmiyyətinin fəallığı vacibdir. Bu, gün kimi aydındır ki, üçüncü tərəf bunu istəmir. Cənubi Qafqazda yaşayan millətlər öz müqəddəratını sivil yolla həll etməlidirlər. Müharibə davam edərsə, Qafqaz yer üzündən silinəcək. Bunun üçün Azərbaycan və Gürcüstanın işğal olunan torpaqları geri qaytarılmalıdır".

növbəti xəbər əvvəlki xəbər

 
bakushop