2016-07-05
Azərbaycan parlamentinin deputatları Tbilisidə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər

ATƏT Parlament Assambleyasının 25-ci illik sessiyasında iştirak etmək üçün Gürcüstanda səfərdə olan Azərbaycan Milli Məclisinin nümayəndə heyəti iyulun 5-də Tbilisinin mərkəzindəki Heydər Əliyev Parkına gələrək Ulu Öndərin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn deputatlara parkda görülən işlər barədə məlumat verib. O, Ümummilli Liderimizin adını daşıyan parkın yerli sakinlər və qonaqlar üçün əsl istirahət məkanı olduğunu bildirib.

x x x

Sonra Milli Məclisin nümayəndə heyəti M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində olub.

Muzeyin direktoru Leyla Əliyeva qonaqlara Azərbaycan mədəniyyətinin, incəsənətinin, ədəbiyyatının gözəl nümunələrinin saxlandığı muzey haqqında məlumat verib.

növbəti xəbər əvvəlki xəbər

 
bakushop