Səfirin tərcümeyi - halı

Səfir


Dursun Həsənov

Dursun Həsənov 21 iyul 1968-ci ildə Gürcüstanda anadan olub.

1987-1989-cu illərdə hərbi xidmətdə olmuşdur.

1989-1990-ci illərdə Lomonosov adına Moskva Dövlət Universitetinin tarix fakültəsində təhsil almışdır.

1990-1994-cü illərdə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində təhsil almışdır.

1994-2004- cü illərdə Azərbaycan Respublikasının Xarici Işlər Nazırliyində işləmişdir.

2004-2006-cı illərdə Azərbaycan Respublikasının Xarici Işlər Nazırliyində Konsul vəzifəsində işləyib.

2006-2009-cu illərdə Azərbaycan Respublikasının Rusiyadakı səfirliyinin Konsulu vəzifəsində işləyib.

2009-2010-cu illərdə Azərbaycan Respublikasının Xarici Işlər Nazırliyində Müşavir vəzifəsində işləyib.

2010-2015-ci illərdə Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı səfirliyinin müşaviri olub.

2015-2016-cı illərdə Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyində Səfir müavini vəzifəsində işləyib.

Dursun Həsənov Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2016-cı tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri təyin edilmişdir.

İngilis, türk, rus, gürcü dillərini bilir.

Evlidir, 3 övladı var.


 
bakushop