Səfirin Müraciəti

Əziz Dostlar!

Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyinin internet səhifəsinə xoş gəlmisiniz!

Azərbaycan qədim tarix, rəngarəng coğrafiya, güclü iqtisadiyyat və zəngin mədəniyyət diyarıdır. Ölkəmiz bəşər sivilizasiyasının beşiklərindən biri, dünyanın ilk neft buruğunun icad edildiyi yer, Şərqi-müsəlman aləminin ilk Demokratik Respublikası və ilk opera və teatr səhnəsinin vətənidir.

Müasir tarixi boyunca Azərbaycan diplomatiya və iqtisadiyyat sahələrində Transqafqazda və onun hüdudlarından kənarda  güclü və etibarlı strateji tərəfdaş olmuşdur.

Məhz buna görə Azərbaycan Gürcüstanla olan sıx və dostluq əlaqələrinə xüsusi dəyər verir və mən Azərbaycan Respublikasını Gürcüstanda təmsil etdiyimdən xüsusi şərəf duyuram!

Bu internet səhifə Sizə ölkəmizin tarixi, mədəniyyəti, siyasəti, iqtisadiyyatı və Azərbaycanla Gürcüstan arasında olan ikitərəfli münasibətlər haqqında ətraflı məlumat təqdim etmək üçün yaradılmışdır.

Ümid edirəm ki, internet səhifəmizdə təqdim olunan məlumat sizə suallarınıza cavab tapmağa xidmət edəcəkdir.

Səmimi qonaqpərvərlik, gözoxşayan təbiət, könüllərə məlhəm olan musiqi və ləziz mətbəx xəyallarınızı gerçəkləşdirmək üçün Sizi Azərbaycana dəvət edirəm.

Hörmətlə,

Dursun Həsənov


 
bakushop