İKİTƏRƏFLİ MÜNASİBƏTLƏR

Diplomatik əlaqələr barədə qısa məlumat

Azərbaycan ilə Gürcüstan arasında diplomatik əlaqələr 18 noyabr 1992-ci ildə qurulmuşdur.

1995-ci ilin fevral ayında Bakıda Gürcüstanın, 1996-cı ilin mart ayında isə Tbilisidə Azərbaycanın səfirlikləri açılmışdır.

Cənab Dursun Həsənov - Azərbaycan Respublikasının Gürcüstandakı Fövqəladə və Səlahiyyətli Səfiridir (səfir Dursun Həsənov 20 yanvar 2017-ci il tarixində etimadnaməsini Gürcüstan Prezidentinə təqdim etmişdir).

Cənab Zurab Pataradze - Gürcüstanın Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiridir (səfir  Zurab Pataradze 29 avqust 2018-ci il tarixində etimadnaməsini Azərbaycan Respublikasının Prezidentinə təqdim etmişdir).

Azərbaycan  Respublikasının Gürcüstanın Batumi şəhərindəki Baş Konsulluğu 2010-cu ildən fəaliyyətə başlamışdır. Azərbaycan Respublikasının Batumi şəhərindəki Baş Konsulu  cənab Pərviz İsmayılzadədir.

Gürcüstanın Azərbaycan Respublikasının Gəncə şəhərindəki Baş Konsulluğu 2013-cü ildən fəaliyyət göstərir. Gürcüstanın Gəncə şəhərindəki Baş Konsulu cənab Mamuka Balavadzedir.

 

Müqavilə-hüquq bazası

 

8 mart 1996-cı il Azərbaycan Respublikası ilə Gürcüstan arasında Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizliyin möhkəmləndirilməsi haqqında Müqavilə;

4 mart 2004-cü il  Azərbaycan Respublikası və Gürcüstanın Birgə Bəyannaməsi;

14 iyun 2004-cü il Azərbaycan Respublikası və Gürcüstanın Birgə Kommünikesi

Hər iki tərəf arasında 100-dən çox sənəd imzalanmışdır.

 

Yüksək səviyyəli  səfərlər

 

 Azərbaycan Respublikasının dövlət başçılarının səfərləri

Ümummilli lider Heydər Əliyevin səfərləri

08-10 mart 1996-cı il  Prezident H.Əliyevin səfəri;
24 yanvar 1998-ci il Prezident H.Əliyevin səfəri;
17 aprel 1999-cu il Prezident H.Əliyevin səfəri;
22-23 mart 2000-ci il  Prezident H.Əliyevin  səfəri;

                 

Prezident cənab İlham Əliyevin səfərləri

 

14-15 iyun 2004-cü il Prezident  İ.Əliyevin səfəri;
12 oktyabr 2005-ci il  Prezident  İ.Əliyevin səfəri;
7 fevral 2007-ci il Prezident  İ.Əliyevin səfəri;
12 may 2007-ci il Prezident  İ.Əliyevin səfəri;
21 noyabr 2007-ci il  Prezident  İ.Əliyevin səfəri;
1 iyul 2008-ci il  Prezident  İ.Əliyevin səfəri;
18 iyul 2010-cu il Prezident  İ.Əliyevin səfəri;
06 may 2014-cü il Prezident  İ.Əliyevin  səfəri;
06 noyabr 2015-ci il  Prezident  İ.Əliyevin səfəri;

                                        

Gürcüstan dövlət başçılarının səfərləri

 

18-20 fevral 1997-ci il Prezident E.Şevardnadzenin səfəri;  
09 may  1998-ci il Prezident E.Şevardnadzenin səfəri; 
29 sentyabr 2001-ci il  Prezident E.Şevardnadzenin səfəri;
17-18 sentyabr 2002-ci il Prezident E.Şevardnadzenin səfəri;
4-5 mart 2004-cü il Prezident M.Saakaşvilinin səfəri;
24-25 may 2005-ci il Prezident M.Saakaşvilinin səfəri;
18-19 iyun 2007-ci il Prezident M.Saakaşvilinin səfəri;
24 oktyabr 2008-ci il  Prezident M.Saakaşvilinin səfəri;
13-14 noyabr 2008-ci il  Prezident M.Saakaşvilinin səfəri;
20-22 may 2009-cu il Prezident M.Saakaşvilinin səfəri;
14 sentyabr 2010-cu il Prezident M.Saakaşvilinin səfəri;
6-7 mart 2012-ci il   Prezident M.Saakaşvilinin səfəri;
29 iyun 2012-ci il  Prezident M. Saakaşvilinin səfəri;
27-28 fevral 2013-cü il Prezident M.Saakaşvilinin səfəri;
12-13 fevral 2014-cü il Prezident G.Marqvelaşvilinin səfəri;
10-11 Mart  2016-ci il Prezident G.Marqvelaşvilinin səfəri;
16-17 Mart  2017-ci il  Prezident G.Marqvelaşvilinin səfəri

          

Hökumət başçıları  (2004-cü ildən başlayaraq)

3 iyun 2005-ci il Baş Nazir A.Rasi-zadənin  səfəri;
5 iyul 2006-cı il Baş Nazir A.Rasi-zadənin  səfəri;
16 avqust 2006-cı il  Baş  Nazir A.Rasi-zadənin səfəri;
30 noyabr 2006-cı il  Baş  Nazir Z.Noqaidelinin  səfəri;
25  dekabr 2006-cı il   Baş Nazir Z.Noqaidelinin səfəri;
4  aprel 2007-ci il Baş Nazir Z.Noqaidelinin səfəri;  
27 sentyabr 2007-ci il Baş Nazir Z.Noqaidelinin səfəri;
13 mart 2008-ci il Baş Nazir L.Qurgenidzenin səfəri;
16 mart 2008-ci il Baş Nazir A.Rasi-zadənin səfəri;
4 dekabr 2008-ci il  Baş Nazir A.Rasi-zadənin səfəri;
1-2 iyun 2009-cu il Baş Nazir N.Qilaurinin səfəri;
23 iyul 2010-cu il  Baş Nazir N.Qilaurinin səfəri;
20 dekabr 2011-ci il  Baş Nazir A.Rasi-zadənin səfəri;
16 iyul 2012-ci il Baş Nazir İ.Merabişvilinin səfəri;
26 dekabr 2012-ci il Baş Nazir B.İvanişvilinin səfəri;
17 noyabr 2013-cü il Baş Nazir A.Rasi-zadənin səfəri;
16-17 dekabr 2013-cü il Baş Nazir İ.Qaribaşvilinin səfəri;
11-12 sentyabr 2014-cü il Baş Nazir İ.Qaribaşvilinin səfəri;
20 sentyabr 2014-cü il Baş Nazir İ.Qaribaşvilinin səfəri;
12 iyun 2015-ci il Baş Nazir İ.Qaribaşvilinin səfəri;
10 oktyabr 2015-ci il Baş Nazir İ.Qaribaşvilinin səfəri;
16  may 2016-ci il  Baş Nazir A.Rasi-zadənin səfəri;
31 avqust  2016-ci il Baş Nazir G.Kvirikaşvilinin səfəri;
30  oktyabr 2017-ci il  Baş Nazir G.Kvirikaşvilinin səfəri;
30 avqust 2018-ci il Baş Nazir  M.Baxtadzenin səfəri

                                      

Parlament sədrləri

19 iyun 2008-ci il Gürcüstan Parlamentinin sədri  D.Bakradzenin səfəri;
6-8 iyul 2014-cü il Gürcüstan Parlamentinin sədri D.Usupaşvilinin səfəri;
13 iyul 2014-cü il  Milli Məclisin sədri O.Əsədovun səfəri;
26-27 iyul 2015-ci il  Milli Məclisin sədri O.Əsədovun səfəri;
26-27 may 2018-ci il  Milli Məclisin sədri O.Əsədovun səfəri

         

 

Xarici İşlər Nazirləri

23 noyabr 2005-ci il  Xarici İşlər Naziri E.Məmmədyarovun səfəri;
31 oktyabr 2006-cı il  Xarici İşlər Naziri G.Bejuaşvilinin səfəri;
26-28 avqust 2007-ci il  Xarici İşlər Naziri E.Məmmədyarovun səfəri;
31 oktyabr 2007-ci il Xarici İşlər Naziri G.Bejuaşvilinin səfəri;
22-23 dekabr 2008-ci il Xarici İşlər Naziri Q.Vaşadzenin səfəri;
1-3 aprel  2009-cu il Xarici İşlər Naziri E.Məmmədyarovun səfəri;
14-15 sentyabr 2009-cu il Xarici İşlər Naziri Q.Vaşadzenin səfəri;
07 iyul 2010-cı il    Xarici İşlər Naziri Q.Vaşadzenin səfəri;
14-15 oktyabr 2010-cı il Xarici İşlər Naziri E.Məmmədyarovun səfəri;
18-19 yanvar 2011-ci il  Xarici İşlər Naziri Q.Vaşadzenin səfəri;
13-14 iyun 2011-ci il Xarici İşlər Naziri E.Məmmədyarovun səfəri;
26-27 oktyabr 2011-ci il Xarici İşlər Naziri Q.Vaşadzenin səfəri;
18-19  mart  2013-cü il Xarici İşlər Naziri M.Pancikidzenin səfəri;
28 mart 2013-cü il Xarici İşlər Naziri E.Məmmədyarovun səfəri;
18-19 fevral 2014-cü il Xarici İşlər Naziri M.Pancikidzenin səfəri;
19-20 fevral 2015-ci il Xarici İşlər Naziri M.Pancikidzenin səfəri;
19-20 fevral 2015-ci il Xarici İşlər Naziri E.Məmmədyarovun səfəri;
20-21 oktyabr 2015-ci il Xarici İşlər Naziri G.Kvirikaşvilinin səfəri
06-07 mart 2016-cı il Xarici İşlər Naziri M.Canelidzenin səfəri;
29  avqust  2016-cı il  Xarici İşlər Naziri E.Məmmədyarovun səfəri;
12-13 fevral 2017-ci il Xarici İşlər Naziri M.Canelidzenin səfəri;
05-06 sentyabr 2017-ci il  Xarici İşlər Naziri M.Canelidzenin səfəri;
08 oktyabr 2017-ci il  Xarici İşlər Naziri E.Məmmədyarovun səfəri; 
15 mart   2018-ci il Xarici İşlər Naziri M.Canelidzenin səfəri

      

Parlamentlərarası əlaqələr

İki ölkə arasında parlamentlərarası əlaqələr üzrə İşçi Qrupu 2004-cü ildə təsis edilmişdir. Azərbaycan tərəfindən parlamentlərarası əlaqələr üzrə İşçi Qrupunun (21 nəfərdən ibarətdir) rəhbəri Əflatun Amaşovdur. Gürcüstan tərəfindən parlamentlərarası əlaqələr üzrə İşçi Qrupunun rəhbəri Zviad Dzidziquridir. 2013-cü ilin mart ayında Gürcüstan Parlamentində 35 deputatdan ibarət Gürcüstan-Azərbaycan Parlamentlərarası Dostluq Qrupu təsis edilmişdir.

 

İqtisadi əlaqələr

Azərbaycan Gürcüstanın əsas ticarət tərəfdaşıdır. İndiyə qədər Azərbaycan Gürcüstan iqtisadiyyatına 3 milyard ABŞ dollarından artıq investisiya yatırmışdır. Azərbaycan uğurlu regional enerji layihələrini həyata keçirir. Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərləri, eləcə də Bakı-Tbilisi-Qars dəmir yolu ikitərəfli əlaqələrin gücləndirilməsinə təkan vermişdir. SOCAR Georgia Gürcüstanın qazla təmin edilməsində mühüm rol oynayır.

2017-ci ildə Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsi 545 497,5 min ABŞ dolları ıtəşkil etmişdir.

Azərbaycan Respublikası və Gürcüstan arasında ticarət əlaqələri (min ABŞ dolları)

 

İl

İdxal

İxrac

Dövriyyə

2012

129,934.6

570,725.6

700,660.2

2013

131,290.4

519,175.9

650,466.3

2014

93,888.8

529,549.1

623,437.9

2015

67,992.6

496,196.8

564,189.4

2016

51,469,2

343,419.4

394,888.6

2017

74,148.3

 

471,349.2

545,497.5

2018 (yanvar-avqust)

55,533.09

365,574.76

421,107.85

Humanitar sahədə əməkdaşlıq

2009-cu ildə Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi nəticəsində Tbilisi şəhərində dramaturgiyamızın banisi M.F.Axundzadənin adını daşıyan 73 saylı, Marneuli şəhərindəki 7 saylı, Qardabani şəhərindəki 3 saylı, Dmanisi rayon mərkəzindəki 2 saylı məktəblər əsaslı şəkildə təmir olunub istifadəyə verilmişdir. Eyni zamanda, Heydər Əliyev Fondu tərəfindən Qardabani rayonunun Qaracalar kəndində, Bolnisi rayonunun Hasanxocalı və Cəfərli kəndlərində, Dmanisi rayonunun Kirovis kəndində müasir tipli yeni məktəb binaları tikilmişdir. ARDNŞ-in Gürcüstan nümayəndəliyi tərəfindən Marneuli rayonunun Alget və Lecbəddin kənd orta məktəbləri, Qardabani rayonunda uşaq bağçası və Nəzərli kənd orta məktəbi təmir edilmiş, Marneulidə “Çay evi” inşa edilmiş, Tbilisi şəhərində yerləşən M.F.Axundzadə adına Azərbaycan Mədəniyyət Muzeyi və görkəmli ictimai-siyasi xadim və yazıçı Nəriman Nərimanovun ev muzeyi təmir edilmişdir.

Gürcüstanda azərbaycan dilində “Gürcüstan”, “Müəllim”, “Maarif”, “Təhsil”, “Aydın Yol” kimi qəzetlər nəşr olunur. Tbilisidə H.Əliyev adına Azərbaycan Dram Teatrı, M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi və Nəriman Nərimanovun ev muzeyi fəaliyyət göstərir.

Azərbaycan və Gürcüstan arasında humanitar sahədə olan müqavilələr:

3 fevral 1993-cü il, Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Respublikası Hökuməti arasında mədəni, elmi və humanitar əməkdaşlıq haqqında Saziş;

18 fevral 1997-ci il Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Saziş. Saziş 8 may 1997-ci il tarixindən qüvvədədir

Soydaşlar

Gürcüstanda yaşayan azərbaycanlı əhalinin 2014-cü ildə keçirilmiş əhali siyahıyaalmasının nəticələrinə əsasən sayları 233 024  nəfərdir.

Soydaşlarımız əsasən Kvemo-Kartli regionunun Qardabani, Marneuli, Bolnisi, Dmanisi rayonlarında, Kaxet, Şida-Kartli bölgələrində və Acarıstan Muxtar Respublikasında məskunlaşmışlar.

 

Son yenilənmə tarixi: 04.12.2018